Azərbaycanın daha dörd təmsilçisi "Mingəçevir reqatası-2024"də medal qazandı

Azərbaycanın daha dörd təmsilçisi "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.

innews.media xəbər verir ki, akademik avarçəkmə növündə Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev isə bürünc medal əldə ediblər. Onlar 2006-2007 təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə yarışında mübarizə aparıblar.

Bundan əlavə, Cavid Vəlizadə 2008-2009 təvəllüdlü kanoeçilər arasında 1000 metr məsafədə üçüncü yeri tutub.

Daha əvvəl isə Amil Ramazanov 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə yarışında qızıl medal qazanıb. Həmçinin bu növdə 2008-2009 təvəllüdlü Əlimurad Hacızadə gümüş, Niyaz Məlikov - Elvin Əliyev cütlüyü isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV