Azərbaycanlı hakimlər Polşada Avropa birinciliyində ölkəmizi təmsil edir

Polşada keçirilən Avropa birinciliyində Azərbaycanı beynəlxalq səviyyədə birinci dərəcəli hakimlər Səbinə Rzayeva və Asif Məlikov təmsil edir. Asif Məlikov yarış zamanı dərəcə imtahanını uğurla keçərək birinci kateqoriyalı hakimlər siyahısına daxil olub və beynəlxalq hakimlik səviyyəsini daha da yüksəldib.

Azərbaycanlı hakimlərin bu uğuru ölkəmizin beynəlxalq idman arenalarında tanınmasında mühüm addım hesab edilir.

Müəllif: Bəhruz MƏMMƏDOV