Voleybol üzrə ölkə kubokunda qadınların yarımfinalçıları məlum oldu

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son qarşılaşmaları keçirilib.

Günün ilk qarşılaşması A qrupunda yer alan “AZERRAIL” və UNEC komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində baş tutan bu oyunda “AZERRAIL” 3:0 hesabı ilə qələbə qazanıb.

Daha sonra meydana  B qrupunda mübarizə aparan “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları çıxıblar.

Qrup mərhələsinin son qarşılaşması "Milli Aviasiya Akademiyası"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, qrup mərhələsinin nəticələrinə görə, A qrupunda  “Gəncə” 6 xalla birinci, “AZERRAIL” 3 xalla qrup ikincisi olub. B qrupunda isə “Abşeron” 5 xalla qrup lideri, 4 xalla “Milli Aviasiya Akademiyası” qrup ikincisi olaraq yarımfinala yüksəliblər.

Qeyd edək ki, noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” - “Milli Aviasiya Akademiyası” ilə, “Abşeron” isə “ AZERRAIL” komandası ilə qarşılaşacaq.

Ölkə kuboku

Qadınlar

30 oktyabr

A qrupu

UNEC - “AZERRAIL” 0:3 (16:25, 5:25, 15:25)

B qrupu

“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:1 (12:25, 29:27, 25:17, 25:14)

Müəllif: Bəhruz MƏMMƏDOV