“Gəncə” və “Abşeron” qadınlar ölkə kubokunda finala yüksəldi

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qadın voleybolçular arasında təşkil olunan ölkə kubokunda finalçılar bəlli olub.

Bu gün GİN-in Voleybol Mərkəzində keçirilən yarimfinal mərhələsində ilk olaraq “Gəncə” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər. Gərgin keçən bu oyunda “Gəncə” 3:1 hesabı ilə qələbə qazanıb.

Növbəti qarşılaşma isə “AZERRAIL” və “Abşeron” komandaları arasında baş tutub. Bu oyunda 3:1 hesabı ilə qalib gələn “Abşeron” finala yüksəlib.

Beləliklə, qadınların mübarizəsində finalda (4 noyabr) “Gəncə” və “Abşeron” komandaları üz-üzə gələcək.

Oyunun nəticəsi

1 noyabr

Ölkə kuboku

Yarımfinal

“Gəncə” - “Milli Aviasiya Akademiyası”  3:1 (29:27, 25:21, 19:25, 25:20)

“AZERRAIL” - “Abşeron” 1:3 (27:25, 19:25, 15:25, 13:25)

Müəllif: Bəhruz MƏMMƏDOV