Ferstappen ABŞ Qran-prisində sərbəst yürüşün qalibi olub

"Red Bull"un sürücüsü Maks Ferstappen "Formula 1" üzrə ABŞ Qran-prisində sərbəst yürüşün qalibi olub.

Yarış Texas ştatının Ostin şəhərində keçirilir.

"Mercedes"in pilotu Corc Rassel ikinci, "Ferrari" pilotu Şarl Lekler üçüncü nəticəni göstərib.

Müəllif: Natiq NƏSİROV