Braziliya Qran-prisində sprint yarışının sıralama turunu ilk pillədə başa vuran pilot bəlli olub
"Formula 1" üzrə Braziliya Qran-prisində sprint yarışının sıralama turunu ilk pillədə başa vuran pilot bəlli olub.
"McLaren”in üzvü Oskar Piastri birinci yeri tutub.
"McLaren"in digər pilotu Lando Norris ikinci, "Ferrari"nin sürücüsü Şarl Lekler üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Braziliya Qran-prisində əsas yarış noyabrın 3-də baş tutacaq.