Qadın voleybolçular arasında Yüksək Liqa start götürüb
Bu gün Bakıda və Gəncədə I turun oyunları keçirilib.
Gəncə İdman Sarayında “Gəncə”nin qonağı “Abşeron” komandası olub. Bakıda isə GİN-nin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “AZERRAIL”, “Murov Az Terminal” klubunun idman zalında “Murov Az Terminal” UNEC-lə üz-üzə gəliblər. Hər üç oyunda 3:0 hesabı qeydə alınıb.
Oyunların nəticələri
Yüksək Liqa (qadınlar)
I tur
3 dekabr
“Gəncə” - “Abşeron” 0:3 (26:28, 18:25, 21:25)
“Milli Aviasiya Akademiyası” - “AZERRAIL” 0:3 (19:25, 18:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:13, 25:12)
“Gəncə” - 1 oyun, 0 qələbə, 1 məğlub, 0 xal;
“Abşeron” - 1 oyun, 1 qələbə, 0 məğlub, 3 xal;
“Milli Aviasiya Akademiyası” - 1 oyun, 0 qələbə, 1 məğlub, 0 xal;
“AZERRAIL”- 1 oyun, 1 qələbə, 0 məğlub, 3 xal;
“Murov Az Terminal” - 1 oyun, 1 qələbə, 0 məğlub, 3 xal;
UNEC - 1 oyun, 0 qələbə, 1 məğlub, 0 xal;
Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 6-7 dekabr tarixlərində keçiriləcək.