6-cı tura bu gün start verilir

ESTAFET/ Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı tura bu gün start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da MOİK - “Murov Az Terminal”, 18:00-da "Azərreyl" - "Neftçi" görüşü başlayacaq.
Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
