Kişi voleybolçular arasında Yüksək Liqada VII turun oyunu keçirilib
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VII turun oyunu keçirilib. Turun son qarşılaşması “AZERRAIL” və “Murov Az Terminal” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində baş tutan görüş “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun nəticəsi
Yüksək Liqa
VII tur
23 yanvar
“AZERRAIL” - “Murov Az Terminal” 0:3 (22:25, 20:25, 25:27)
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 29-30 yanvar tarixində keçiriləcək.