Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo turnirinin ilk günündə 4 medal qazandı

25 yanvarda Belçikanın Vise şəhərində keçirilən beynəlxalq Belçika Açıq Cüdo turnirinin ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Yarışın ilk günündə kişilər arasında 4 çəki dərəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-60 kq. çəkidə Murad Muradlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
-73 kq çəkidə Qadir Hüseynov gümüş, İbrahim Əliyev isə bürünc medal əldə edib. Eyni çəkidə çıxış edən Nəriman Mirzəyev 7-ci yerlə kifayətlənib.
+100 kq çəkidə İmran Yusifov gümüş medal qazanıb. Camal Qamzatxanov və Camal Feyziyev isə 5-ci yerdə qərarlaşıb.
