“Bishkek Open”də Azərbaycan idmançıları 3 medal əldə etdi

28-31 yanvar 2025 -ci il tarixlərdə Qırğızıstan Respublilasının Bişkek şəhərində “Bishkek Open” beynəlxalq turnir keçirilib.
Kumite yarışlarında Aslan Dostuyev böyüklər arasında -67 kq, Adil Quliyev -75 kq, Rauf İmanov gənclər arasında 16-17 yaş, -61 kq, Aziz Qasımov yeniyetmələr arasında 14-15 yaş -52 kq və Ömər Əliyev uşaqlar arasında 10-11 yaş -30 kq çəki dərəcəsində ölkəmizi təmsil edib.
AKF-in idman karatesi üzrə yığma komandasının üzvlərindən Aslan Dostuyev qızıl medal, Rauf İmanov isə finalda Qazaxıstan idmançısına məğlub olaraq, gümüş medal qazanıb. Ömər Əliyev isə öz çəki dərəcəsində yarışı bürünc medalla başa vurub.
Komandamız yarışda “Təhsil”RİM -nin baş məşqçisi, "Əməkdar məşqçi" və "Qabaqçıl Təhsil İşçisi" Əbülfət Qarayevin rəhbərliyi ilə yollanıb.
Eləcə də, AKF -in hakimlər komitəsinin üzvü beynəlxalq dərəcəli hakim Vüqar Kərimov turnirin təşkilat komitəsinin qərarı ilə yarışın baş hakimi təyin edilib.
Turnirdə Azərbaycan, Qazaxsıtan, Qırğızıstan, Özbəkistan və Rusiyadan ümumilikdə 1000-ə yaxın idmançı iştirak edib.
Qeyd edək ki, beynəlxalq yarışdan nəticələrlə qayıdan hər üç karateçi “Təhsil” -RİM -nin 6 nömrəli İOEUGİM -in üzvləridir.
