Azərbaycan şahmat çempionatında 1/16 finalın ikinci oyunlarına start verildi

Bu gün Landmark Biznes Mərkəzində şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci oyunlarına start verilib.

Turun Süleyman Süleymanlı Nicat Məmmədov partiyasında ilk gedişi Gənclər və İdman Naziri Fərid Qayıbov edib.

Qeyd edək ki, ölkə çempionatı fevralın 15-də yekunlaşacaq.

Müəllif: Natiq NƏSİROV