Azərbaycanlı idmançılar Xizək Alpinizmi üzrə Dünya Kubokunun finalında iştirak ediblər

10–13 aprel tarixlərində İsveçin Tromso qəsəbəsində keçirilmiş Xizək Alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində Azərbaycan millisinin üzvləri – Nəzrin Qəribova və Seyid Sədrəddinov iştirak ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Nəzrin Qəribova sprint növü üzrə 19 ölkədən olan 42 idmançı arasında 29-cu, Seyid Sədrəddinov isə 62 iştirakçı arasında 51-ci yeri tutub.

Xizək alpinizmi üzrə beynəlxalq arenada yeni təcrübə qazanan idmançılarımızın bu yarışlarda iştirakı gələcək uğurlar üçün önəmli addım kimi qiymətləndirilir.

Müəllif: Bəhruz MƏMMƏDOV