Azərbaycan çimərlik voleybolu yığması Latviyada açıq çempionatda iştirak edəcək

Azərbaycanın oğlanlardan ibarət çimərlik voleybolu yığması Latviya açıq çempionatında mübarizə aparacaq. Bu gün komandamız yarışın keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

Milli komandamız çempionatda iştirak etməklə yanaşı, latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi altında fevralın 23-dək təlim-məşq toplanışı da keçəcək. Toplanış çərçivəsində voleybolçularımız beynəlxalq təcrübə qazanacaq və yarışa daha yaxşı hazırlaşmaq imkanı əldə edəcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV