Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub

ESTAFET/ Kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov rapid mübarizəsində də bərabərə qalıb. Armageddonda yarışan Rəcəbovla Məmmədovun duelində ikinci qələbə qazanıb.

Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub 1,5:0,5.

Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib 1,5:0,5.

Beləliklə sabah başlayacaq finalda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.

Landmark Biznes Mərkəzində keçirilən oyunlar saat 15-00-da başlayacaq.

Müəllif: Natiq NƏSİROV