“Zirə”dən legioneri ilə yeni müqavilə

ESTAFET/ “Zirə” müdafiəçisi Stefan Akka ilə müqavilə müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçuyla 1+1 illik yeni müqavilə bağlanılıb.

Fil Dişi Sahilindən olan müdafiəçi 2023-cü ildən “Zirə”nin formasını geyinir.

Müəllif: Bəhruz MƏMMƏDOV