Futbol Sabirabada "Marafon" İdman Klubu ilə qayıdır

ESTAFET/ 2015-ci ildən fəaliyyət göstərən "Marafon" İdman Klubu müxtəlif idman növləri ilə hər zaman nəticələr verməkdədir. 

Belə ki, illər öncə komanda idman növlərindən futzalda Azərbaycan Kubokunu qazanan idman klubu həmçinin mini-futbolda, çimərlik futbolunda da müxtəlif titullar əldə etmişdir.

Klub artıq böyük futbolda da təmsil olunacaq. Bu ildən Sabirabad rayonunda “Marafon Futbol Klubu” kimi fəaliyyətə başlayıb. Rayonda əsas komanda ilə yanaşı, uşaq futbolunun da inkişafı üçün işlər görülməkdədir. Futbol məktəbinə 6-15 yaş arası uşaqlar cəlb edilir. 

Komanda yeni mövsümdən etibarən Region Liqasında iştirak etmək və daha sonra 2-ci liqaya vəsiqə qazanmaqı qarşısına məqsəd qoyub.

Bu çətin yolda marafonçulara uğurlar arzu edirik!

Müəllif: Estafet.az