Diniyevin komandası səfərdə uduzdu

ESTAFET/ Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.
Sözügedən komanda 27-ci tur çərçivəsində səfərdə “İğdır”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev bu matçın 77-ci dəqiqəsində meydana çıxıb.
“Çorum” hazırda 39 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
