A millimizin yoldaşlıq görüşü üçün daha bir rəqibi

A millimiz Haiti yığması ilə qarşılaşacaq. Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
