Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib

Bu gün GİN-nin Voleybol Mərkəzində XIV turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Abşeron” və “AZERRAIL” komandaları çıxıblar. Oyunun qalibi 5 setdə müəyyən olunub.  “Abşeron” 3:2 hesabı ilə rəqibini məğlub edib.

Turun son qarşılaşması isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal”  klubları arasında olub. Bu qarşılaşmada isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, XIV turun ilk qarşılaşması martın 1-də  “Gəncə” və UNEC komandaları arasında olmuşdur. Bu oyunda “Gəncə” rəqibini 3:0 hesabı ilə məğlub etmişdir.

Oyunların nəticələri
Yüksək Liqa
XIV tur
4 mart

“Abşeron” - “AZERRAIL” 3:2 (22:25, 25:22, 25:14, 12:25, 15:12)

“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:0 (25:19, 25:21, 25:18)

Müəllif: Bəhruz MƏMMƏDOV