Avrasiya Dağ Kurortları Alyansının təlimçiləri arasında xizək yarışı keçirilib

Martın 5-də “Şahdağ”da keçirilən Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində Alyansın üzv dövlətlərinin təlimçiləri arasında xizək yarışı təşkil olunub.
Yarışın keçirilməsinin məqsədi Alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq və xizək və snoubord idman növlərinə marağı artırmaqdır.
Turnirdə Şahdağ, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza-Xutor Dağ Kurortlarının 50-ə yaxın xizəkçisi slalom disiplini üzrə birincilik uğrunda mübarizə aparıblar. İştirakçılar arasında azərbaycanlı təlimçilər Mariya Şerstyuk öz kateqoriyasında 2-ci yerə sahib olaraq gümüş, Nurlan Abdulov isə 3-cü yerə sahib olaraq bürünc medal qazanıb.
Yarışın nəticələri:
35 yaşa qədər qadınlar arasında
Kristina Lisicenko (Rusiya Federasiyası)
Mariya Şerstyuk (Azərbaycan)
Kseniya Radionova (Qazaxıstan)
35 yaşa qədər kişilər arasında
İlin Roman (Rusiya Federasiyası)
Prokopev İlya (Rusiya Federasiyası)
Smirnov Aleksandr (Rusiya Federasiyası)
35 yaşdan yuxarı qadınlar arasında
Lapşina Nataliya (Qazaxıstan)
Şamsuddinova Tatyana (Qazaxıstan)
Svetlana İlyukina (Qazaxıstan)
35 yaşdan yuxarı kişilə arasında
Astepenko Artyom (Rusiya Federasiyası)
Pentyukov Aleksandr (Rusiya Federasiyası)
Nurlan Abdulov (Azərbaycan)
Yarışın sonunda qaliblər kubok və medallarla təltif edilib, onlara müxtəlif həvəsləndirici hədiyyəllər təqdim olunub.
