Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürdü

Martın 9-dək davam edəcək yarışda dünyanın 19 ölkəsindən olan kişi və qadın idman gimnastları qələbə uğrunda mübarizə aparacaqlar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fatimə Şəfizadə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O, iştirakçı sayının çox olmasının yarışın əhəmiyyətini artırdığını vurğulayıb: "Adətən, Olimpiya Oyunlarına iki il qalmış təşkil edilən təsnifat yarışlarında idmançı sayı çox olur. Amma bu dəfə fərqli oldu. Bu da kifayət qədər yaxşı haldır. Çin və Yaponiyadan olan gimnastlar burada mübarizə aparırlar. İnanıram ki, təmsilçilərimiz bu yarışda uğurla çıxış edəcəklər".

Qeyd edək ki, Dünya Kuboku martın 9-da başa çatacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV