Serbiyada dünya çempionatı: Zeynəb Rəhimova rəqibinə şans vermədi - 5:2!

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir. Mundailın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.
54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.
