Bakıda keçirilən Dünya Kuboku başa çatıb

Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub. Dörd gün davam edən yarışlarda 19 ölkədən gimnastlar mübarizə aparıblar.

Son yarış günündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birincilik uğrunda yarışıb. Azərbaycan təmsilçilərindən Murad Ağarzayev dayaqla tullanma yarışında yeddinci, İvan Tixonov isə turnikdə səkkizinci yeri tutublar.

Ötən gün halqalarla hərəkətlərdə çıxış edən Nikita Simonov qızıl medal qazanaraq ölkəmizə növbəti uğuru bəxş edib. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci yerə layiq görülüb.

Yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV