Formula 2: Avstraliya Qran Prisində sprint yarışının qalibi Coşua Dürksen oldu

Formula 2 üzrə Avstrsliya Qran Prisinin sprint yarışı geridə qalıb. Coşua Dürksen ikinci yerdən yaxşı start alaraq, mövsümə yaxşı başlanğıc edib.
Yarışa Fornaroli pouldan başlasa da, startda Dürkseni arxasında saxlaya bilməyib və ikinci yerə gerilətib. Brouninq isə üçünce yeri qoruya bilib.
Brouninqin Hitech TGR-dəki komanda yoldaşı Dino Beqanoviç isə startda geriyə düşüb. O, Rixard Versxur və Roman Stanekə keçilib və altıncı yerə geriləyib.
Yarışın üçüncü dövrəsində ART Grand Prix komandasının sürücüsü Viktor Martins beşinci döngənin çıxışında bariyerlərə çırpılıb və mübarizəni dayandırıb. Buna görə də virtual təhlükəsizlik maşını rejimi başlayıb.
Martinsin maşını təxliyə edildikdən sonra dördüncü dövrədə yarış yenidən başlayıb. Beqanoviç 11-ci döngədə Staneki keçərək, beşinci yerə yüksəlib. Bir neçə saniyə sonra eyni döngədə Qabriel Mini Campos Racing-dən Xosep Maria Martini keçib və səkkizinci yerə yüksəlib. Ancaq bundan sonra – yeddinci döngədə Trident komandasının sürücüsü Maks Esterson 6-cı döngədə yerində fırlanaraq, çınqıllığa girib və trasa təhlükəsizlik maşını çıxıb.
Yarışın 11-ci dövrəsində yarış yenidən başlayıb. Dürksen güclü templə fərqi açıb. Paraqvaylı sürücü bir dövrədən sonra Fornaroli ilə fərqi bir saniyənin üzərinə çıxarıb.
12-ci dövrədə Beqanoviç rəqibi Stanek ilə mübarizə apararkən 9-cu döngədə yerində fırlanıb və 17-ci yerə qədər geriləyib.
Öndə Dürksen fərqi açmağa davam edib. Trident üçün isə işlər getdikcə qəlizləşib. Sami Meqetonif 10-cu döngədə çınqıllı sahəyə girib və buna görə də trasa ikinci dəfə təhlükəsizlik maşını çıxıb.
Yarış 17-ci dövrədə yenidən başlayıb. Dürksen dövrənin sonunda Fornaroli ilə fərqi bir saniyənin üzərinə çıxarıb.
Son iki dövrəsə isə 10 sürücü 6 saniyənin içində olub. Bu anda Danni rəqibi Arvid Lindbladı keçərək, doqquzuncu yerə yüksəlib.
Coşua Dürksen rahatlıqla qalib gəlib və mövsümün ilk sprint yarışını qazanıb. Fornaroli ikinci, Brouninq üçüncü olub. Versxur və Stanek isə ilk beşliyi bağlayıblar.
Prema Racing komandasının sürücüsü Sebastyan Montoya altıncı, Qabriel Mini yeddinci olub. Campos Racing-dən Marti səkkizinci yeri tutub.
(Kokpit.az)
