Millimizin Haiti və Belarusla oyunlar öncəsi təlim-məşq cədvəli bəlli oldu

Martın 22-də Haiti, 25-də isə Belarus yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası martın 17-də təlim-məşq toplanışına başlayacaq.

Bu barədə AFFA məlumat yayıb. 

Millimizin hazırlıq proqramını, oyunlar öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını təqdim edirik: 

18 mart

17:00. Məşq (Neftçi Futbol Mərkəzi)

19 mart

21:30. Məşq (Bank Resplublika Arena)

20 mart

17:00. Məşq (Neftçi Futbol Mərkəzi)

21 mart

16:15. Mətbuat konfransı (Neftçi Futbol Mərkəzi)

17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Neftçi Futbol Mərkəzi)

22 mart

21:45. Azərbaycan – Haiti (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

23 mart

17:00. Məşq (Tofiq Bəhramov adına Respublika stadionu)

24 mart

16:15. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika stadionu)

17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika stadionu)

25 mart

21:45. Azərbaycan – Belarus (Bank Respublika Arena)

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV