İdmançılarımız Xizək Alpinizmi üzrə Türkiyə çempionatında parlaq çıxış etdilər

14-16 mart tarixlərində ölkəmizi Xizək alpinizmi üzrə yarışlarda təmsil edən idmançılarımız Nəbiyulla Qələbəqiyev, Ramin Beybutov, Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov Türkiyənin İsparta şəhərinin Davraz xizək mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Türkiyə Çempionatında iştirak ediblər.
Yarışın sprint növü üzrə U18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında 1-ci, Ramin Beybutov 4-cü, U16 kateqoriyasında 13 idmançı arasında Abel İsmixanov 1-ci, Nurid Şəkərəliyev 2-ci, U14 kateqoriyasında isə Elməddin Həsənov 5 idmançı arasında 2-ci yerə sahib olublar.
Həmçinin yarışın "mixed relay" növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında 1-ci yer, U14 kateqoriyasında Elməddin Həsənov isə 2-ci yerdə qərarlaşıb.
