Bakıda Bədii Gimnastika üzrə Açıq Birincilik uğurla başladı

18-20 mart tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə "Ocaq Sport" Klubu və Şuşa Uşaq Gənclər İdman Məktəbinin birgə Açıq Birinciliyinin ilk günü uğurla başa çatdı.

Turnirdə 9 klubdan 257 gimnast iştirak edərək öz bacarıqlarını nümayiş etdirdi. Bu möhtəşəm tədbir gimnastikasevərlərə yüksək səviyyəli çıxışlar təqdim etməklə yanaşı, iştirakçı klubların idmançılarının hazırlıq səviyyəsini də ortaya qoydu.

"Ocaq Sport" Klubu və Şuşa Uşaq Gənclər İdman Məktəbi gələcəkdə də belə yüksək səviyyəli yarışlar təşkil edərək gimnastikanın inkişafına töhfə verməyə davam edəcək!

Müəllif: Bəhruz MƏMMƏDOV