Baxşıyev: "Sabah"ın gücünü bilirdik, indi bütün diqqətimiz yarımfinaldadır"

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Sabah” BK ilə (79:105) qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib:
"Sabah" hazırda yaxşı formadadır. Onlar liqada inamlı oyun göstərirlər. Bəli, Kubokda uduzdular. Amma bu başqa turnirdir. Biz başa düşürdük ki, bizi çətin oyun gözləyir. Akbər Məmmədov və Tayri Boykin zədəlidilər və oyunu buraxırdılar. Digər tərəfdən, bu gün gənc oyunçulara şans verdik. Hər oyundan faydalanmaq lazımdır. Murad Babayev yaxşı oynadı. Amma o, daha da yaxşı oynaya bilər. Qarşıda bizi Kubokun yarımfinalı gözləyir. Və hazırda bütün fikirlərimiz bu oyuna yönəlib. Uşaqlara bir neçə gün istirahət verəcəyik, zədələri müalicə edəcəyik. Sonra isə "Neftçi"yə qarşı oyuna hazırlaşmağa başlayacağıq. Bizim üçün bu indi prioritetdir".
