Fatimə Alkərəmovadan Çexiyada bürünc medal

Çexiyanın Ostrava şəhərində keçirilən 32-ci Ostrava Qran-Prisində üzgüçümüz Fatimə Alkərəmova daha bir uğura imza atıb.

Sərbəst üsulla 1500 metr məsafəyə üzmə yarışında çıxış edən Fatimə 18 dəqiqə 20.38 saniyə nəticə ilə bürünc medala sahib olub.

Bu, Azərbaycan nümayəndə heyətinin Ostravadakı yarışlarda əldə etdiyi növbəti uğurdur. Gənc idmançının göstərdiyi performans həm fiziki hazırlığın, həm də məşq prosesi boyunca aparılan sistemli işin nəticəsi kimi qiymətləndirilir.

Yarışlar davam edir və komandamızın növbəti günlərdə daha bir neçə medal uğrunda mübarizə aparacağı gözlənilir.

Müəllif: Bəhruz MƏMMƏDOV