Azərbaycan üzgüçüləri Ostravada daha iki medal qazandılar

Çexiyanın Ostrava şəhərində keçirilən 32-ci Ostrava Qran-Prisi Azərbaycan üzgüçüləri üçün uğurla davam edir.

Sərbəst üsulla 1500 metr məsafəyə üzmə yarışında Süleyman İsmayılzadəOqtay Hüseynov fərqləniblər. Süleyman 15 dəqiqə 35.95 saniyə nəticə ilə gümüş, Oqtay isə 15 dəqiqə 45.01 saniyə nəticə ilə bürünc medal qazanıb.

Qeyd edək ki, bundan əvvəl yarışda Fatimə Alkərəmova da 1500 metr məsafədə üzərək 18 dəqiqə 20.38 saniyə nəticə ilə bürünc medal əldə etmişdi.

Azərbaycan komandası üçün bu yarış artıq üç medalla yadda qalıb və çıxışlar davam edir.

Müəllif: Bəhruz MƏMMƏDOV