Ferstappen ilk yürüşü buraxır - Red Bull bolidində yapon sürücü debüt edəcək

"Red Bull" komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının Bəhreyn Qran-prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcək.

Komandanın mətbuat xidmətindən verilən məlumata görə, üçqat dünya çempionunu yaponiyalı sürücü Ayumi İvasa əvəz edəcək. Bu dəyişiklik 2025-ci il mövsümünün reqlamentinə uyğun olaraq həyata keçirilir. Belə ki, yeni qaydalara əsasən, hər bir "Formula 1" komandası ən azı iki dəfə gənc sürücülərə bolidlərini təqdim etməlidir.

Qeyd edək ki, Bəhreyn Qran-prisi aprelin 11-dən 13-dək keçiriləcək. İlk sərbəst yürüş isə aprelin 11-də baş tutacaq. Azərbaycan mərhələsi isə sentyabrın 19–21-də Bakıda təşkil olunacaq.

Müəllif: Natiq NƏSİROV