Voleybol üzrə Yüksək Liqada final oyunlarının tarixləri açıqlandı

Qadın və kişi voleyboçuların Yüksək Liqasında üçüncü yer uğrunda və final oyunlarının tarixləri bəlli olub.

Yüksək Liqada bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları 19, 20, 21, 22, 24, 25 aprel tarixlərində keçiriləcək.

Qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “AZERRAIL” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Kişi voleybolçuların mübarizəsində isə üçüncü yer uğrunda “Neftçi” ilə “Xilasedici”, finalda isə “AZERRAIL” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, üçüncü yer və final qarşılaşmalarında qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.

QEYD: Aprelin 24-də və 25-də final oyunlarından dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma mərasimi baş tutacaq.

Yüksək Liqa

Üçüncü yer uğrunda oyun
19 aprel
Qadınlar (birinci oyun)

15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”
GİN-nin Voleybol Mərkəzi

Üçüncü yer uğrunda oyun
20 aprel
Qadınlar (ikinci oyun)

15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”
Kişilər (birinci oyun)
17:00. “Neftçi” - “Xilasedici”
GİN-nin Voleybol Mərkəzi

Final

21 aprel
Qadınlar (birinci oyun)

15:00. “AZERRAIL” - “Abşeron”

Üçüncü yer uğrunda oyun
Kişilər (ikinci oyun)

17:00. “Xilasedici” - “Neftçi”
GİN-nin Voleybol Mərkəzi

22 aprel
Kişilər (birinci oyun)

15:00. “AZERRAIL” - “Murov Az Terminal”
GİN-nin Voleybol Mərkəzi

24 aprel
Qadınlar (ikinci oyun)

15:00. “AZERRAIL” - “Abşeron”
Mükafatlandırma mərasimi
Milli Gimnastika Arenası

25 aprel
Kişilər (ikinci oyun)

15:00. “Murov Az Terminal” - “AZERRAIL”
Mükafatlandırma mərasimi
Milli Gimnastika Arenası

Müəllif: Bəhruz MƏMMƏDOV