Voleybol üzrə Yüksək Liqanın finalında ilk oyun: “Abşeron” qələbə qazandı

Bu gün GİN-in Voleybol Mərkəzində “AZERRAIL” - “Abşeron” komandaları qızıl medal uğrunda ilk oyuna çıxıblar. Oyun “Abşeron” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ikinci oyunu aprelin 24-də Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.
Yüksək Liqa
Final
Birinci oyun
21 aprel
“AZERRAIL” - “Abşeron” 0:3 (19:25, 16:25, 18:25)
İkinci oyun
24 aprel
15:00. “Abşeron” - “AZERRAIL”
Ünvan: Milli Gimnastika Arenası
