"Rəqabət çox artıb" Stilyana Nikolova

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda çoxnövçülük üzrə bürünc medal qazanan bolqarıstanlı gimnast Stilyana Nikolova ilə müsahibəni təqdim edirik.

- Təsnifat mərhələsində çıxışınızı necə qiymətləndirirsiniz?

- Hislərim çox qarışıqdır. Hər şeyi ideal şəkildə yerinə yetirə bilmədim, amma ümid edirəm ki, yaxın gələcəkdə hər şey əla olacaq.

- Olimpiya dövrünün yeni qaydalarına uyğun olaraq proqramlar nə dərəcədə çətinləşib?

- Əlbəttə, müəyyən çətinliklər əlavə olunub. Mən deyərdim ki, rəqabət çox artıb. Hesab edirəm ki, bu, idman üçün çox yaxşıdır.

- Sizin üçün bu, Bakıda ilk fəxri kürsü deyil.

- Bakı artıq mənim üçün ikinci evə çevrilib. Hər il buraya gəlmək mənim üçün bir növ ənənədir. Burada olmaq mənə çox xoşdur.

Müəllif: Bəhruz MƏMMƏDOV