Oskar Piastri İspaniya Qran-prisinin sıralanma turunun qalibi oldu

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri “Formula 1” üzrə dünya çempionatının 9-cu mərhələsi olan İspaniya Qran-prisinin sıralanma turunun qalibi olub.
Seçmə mərhələ Barselona-Katalunya avtodromunda baş tutub.
Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü “Red Bull” komandasının niderlandlı pilotu, dördqat dünya çempionu Maks Ferstappen tamamlayıb.
Qeyd edək ki, İspaniya Qran-prisinin əsas yarışı iyunun 9-da, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
