Azərbaycan millisi Belarusa yollandı

ESTAFET/ Yeniyetmə qızlardan (U-16) ibarət millimiz təlim-məşq toplanışı keçmək üçün bu gün Belarusa yola düşüb.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Minskdə baş tutacaq məşqlərə 16 voleybolçu cəlb edib.

Təlim-məşq toplanışı iyunun 22-ə kimi davam edəcək. Burada komandalar arasında yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulur.

Müəllif: Bəhruz MƏMMƏDOV