Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyası (FIA) Senatına üzv seçilib.
Bu barədə məlumatı Azərbaycan Avtomobil Federasiyası verib.
Qeyd edək ki, FIA Senatı qurumun ali idarəetmə orqanı olmaqla yanaşı, maliyyə və kommersiya məsələlərinin tənzimlənməsinə, ümumi idarəetmə strategiyasının müəyyənləşdirilməsinə, həmçinin avtomobil idmanının inkişafı, yol hərəkəti təhlükəsizliyi və avtomobil sənayesində beynəlxalq standartların formalaşdırılmasına məsuliyyət daşıyır.
Anar Ələkbərovun Senata üzv seçilməsi Azərbaycanda avtomobil idmanının beynəlxalq arenada tanıdılması və mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.
