Lando Norris Avstriya Qran-prisinin seçmə mərhələsində birinci oldu

“Maklaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula 1” üzrə dünya çempionatının 11-ci mərhələsi – Avstriya Qran-prisinin seçmə mərhələsinin qalibi olub.

Yarış “Red Bull Ring” trasında baş tutub. Seçmə mərhələnin nəticələrinə əsasən, ikinci yeri “Ferrari” komandasının moneqasklı sürücüsü Çarlz Lekler, üçüncü pilləni isə “Maklaren”in digər pilotu, avstraliyalı Oskar Piastri tutub.

Qeyd edək ki, Avstriya Qran-prisinin əsas yarışı iyunun 29-da, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Müəllif: Natiq NƏSİROV