"Traktor"un oyunları Azərbaycanda yayımlanacaq - İDMAN TV-dən ŞAD XƏBƏR

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən “İdman TV” Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.
Tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “al qurdlar”ın (Traktor) hər matçı artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.
Qeyd edək ki, bu yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.
Bununla bağlı hazırlanan video çarxı sizə təqdim edirik:
