Klublararası dünya çempionatında PSJ liderliyi ələ aldı, “Atletiko” mübarizəni dayandırdı

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.
B qrupunun üçüncü turunda maraqlı qarşılaşmalar baş tutub.
Fransanın PSJ klubu ABŞ təmsilçisi “Sietl Saunders” üzərində 2:0 hesablı qələbə qazanaraq xallarını altıya yüksəldib və qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.
Eyni qrupda baş tutan digər oyunda İspaniyanın “Atletiko Madrid” komandası Braziliyanın “Botafoqo” klubunu 1:0 hesabı ilə məğlub etsə də, bu nəticə Madrid təmsilçisini növbəti mərhələyə daşımağa kifayət etməyib.
Gərgin qrup mübarizəsinin sonunda:
PSJ – 6 xal (qrup lideri, 1/8 finala vəsiqə)
Botafoqo – 6 xal (ikinci yer, pley-offa yüksəldi)
Atletiko Madrid – 6 xal (üçüncü yer, turniri tərk etdi)
Qeyd edək ki, “Botafoqo” və “Atletiko Madrid” klubları eyni xala malik olsalar da, top fərqi və əlavə göstəricilər braziliyalıların xeyrinə olub.
