Azərbaycan gimnastları Portuqaliyadakı beynəlxalq turnirdə uğurlu nəticələr

5–7 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan millisinin üzvləri uğurla çıxış edərək bir neçə medal qazanıblar.

Batut gimnastikası üzrə fərdi proqramda milli komandamızın gimnastları aşağıdakı nəticələri göstəriblər:

- Selcan Mahsudova – 54.720 xal, I yer

- Məhəmməd Həsənli – 47.410 xal, I yer

- Aylin Ağazadə – 45.270 xal, III yer

İkili-mini batut proqramında isə:

- Fərhad Mustafayev – 22.000 xal toplayaraq II yerə sahib olub.

Tamblinq üzrə yarışlarda:

- Sənan Rzazadə – 85.600 xalla I yer

- Hüseyn Əsədullayev – 23.500 xalla II yer qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV