Arina Kalugina Ankarada keçirilən ISU Gran-pri yarışında ilk “top-10”luğa daxil oldu

27 - 30 avqust tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Arina Kalugina Türkiyənin Ankara şəhərində  keçirilən ISU Yeniyetmələr arasında Gran-pri yarışında iştirak edib.

Qısa və sərbəst proqram üzrə çıxış edən Arina Kalugina 35 idmançı arasında 157.65  xal toplayaraq yekun nəticədə 9-cu yerə sahib olub.

Müəllif: Bəhruz MƏMMƏDOV