AFFA prezidenti “Qarabağ”ı təbrik edib

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Rövşən Nəcəf tarixi uğurla bağlı paylaşım edib:

“Qarabağ” futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr diləyirəm.

Uğurlar “Qarabağ”!

Müəllif: Bəhruz MƏMMƏDOV