Əliyar Ağayev “Kopenhagen” - “Bayer” matçını idarə edəcək

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Rob Dieperink VAR, sloveniyalı Alen Boroşak isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma sentyabrın 18-də Kopenhagendəki “Parken” stadionunda keçiriləcək.
