Dembele Yamlın təbrikini cavabladı

ESTAFET/ PSJ-nin fransalı hücumçusu Usman Dembele 2025-ci ilin “Qızıl top” mükafatını qazanması münasibətilə “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal tərəfindən ünvanına yönəlmiş təbriki cavablayıb.

Fransalı futbolçunun cavabını təqdim edirik:

“Çox sağ ol, Lamin! “Kopa”nı qazanmağın və bütün uğurların münasibətilə səni də təbrik edirəm”, – Dembele özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Xatırladaq ki, Yamal 21 yaşa qədər ən gənc oyunçuya təqdim edilən “Raymon Kopa adına mükafat”a ardıcıl ikinci mövsümdə layiq görülüb.

Müəllif: Orxan NOVRUZOV