“Qarabağ” Azərbaycanın əmsalını artırmağa davam edir

ESTAFET/ “Qarabağ” UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.
Bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda evdə Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub etməsi nəticəsində mümkün olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkənin hesabına daha 0,5 əmsal yazdırıb. Azərbaycan hazırda 22 000 xalla 25-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlində 24-cü yerdə Serbiya (22 375), 26-cı pillədə isə Slovakiya (21 375) qərarlaşıb.
Qeyd edək ki, İngiltərə (97 116) UEFA reytinqində birincidir.
