“Naxçıvan” daha iki basketbolçu ilə müqavilə bağladı

ESTAFET/ "Naxçıvan" heyətini amerikalı basketbolçularla güclənib.

Bu barədə klubdan məlumat verilib.

Sözügedən klub Dominik Keyes və Corc Harris Kristofer ilə anlaşıb. Hər iki basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

27 yaşlı Kristofer son olaraq Avstraliya klubu "Keilor Thunder"in formasını geyinib.

Keyes isə son olaraq Avstraliya təmsilçisi "Bankstoun" klubunun uğurları üçün çalışıb.

Müəllif: Məsim MƏSİMZADƏ