Voleybol yarışlarına yekun vuruldu - III MDB Oyunları

ESTAFET/ Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışlarına yekun vurulub.

Azərbaycanın oğlanlardan ibarət millisi Belarusa 3:1 hesabı ilə uduzub.

Birinci Rusiya, ikinci Belarus, üçüncü isə Özbəkistan olub.

Daha öncə qızlardan ibarət komandalar arasında mükafatçılar müəyyənləşib. Rusiya yığması birinci, Belarus ikinci, Azərbaycan isə üçüncü yerə sahib çıxıb.

Müəllif: Bəhruz MƏMMƏDOV