Yamal “El-Klasiko”ya hazır ola bilər

ESTAFET/ Məlum olduğu kimi, “Barselona”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal hazırda zədədən müalicə alır.
Yamalı qarşıda bərpa mərhələsi gözləyir və gənc futbolçu müvafiq mərhələni tamamlayaraq, “Real”a qarşı qarşıdakı “El-Klasiko”da iştirak edə bilər.
Xatırladaq ki, “Barselona” oktyabrın 26-da Madriddə “Real”ın “qonağı” olacaq.
